Dəfn xərcləri toy xərclərinə bərabərdir - VİDEO

19 Dekabr 2023 20:49

Yas mərasimləri üçün nəzərdə tutulan zalların və çadırların qiyməti araşdırılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, çadırların kirayəsi 300 manatdan 1000 manata qədərdir.

Paytaxt sakinlərinin sözlərinə görə, meyitin yuyulub kəfənlənməsi 50-100, məzarın qazılması 50-250, manata başa gəlir. Bundan başqa dəfn yerinin 800-4000, məzar daşının isə 600-3000 manat arasında dəyişdiyi deyilir.

Ümumilikdə, bir nəfərin yas mərasimi və dəfn xərci 2000 manatdan 9000 manatadək vəsait istəyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun