Nikolun bu addımı İrəvana baha başa gələcək

19 Dekabr 2023 10:31

İrəvanın Avropa Şurasının "Maqnitski siyahısı"nın uzadılması ilə bağlı qərarını dəstəkləməsi fonunda bir daha sual vermək lazımdır: Paşinyan məhz belə "geosiyasi ata" yatırım edib?

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

"Paşinyanın şəxsi taleyi Ermənistan əhalisini daha az narahat etməlidir. Lakin onun geosiyasi səhvləri Ermənistan əhalisinə baha başa gələ bilər", - o bildirib.

Qeyd edək ki, AB-yə daxil olmayan 11 dövlət, o cümlədən Ermənistan AB Şurasının Avropa Maqnitski Siyahısını - Brüsselin insan hüquqlarının ciddi şəkildə pozulması ittihamı ilə tətbiq etdiyi məhdudiyyətləri daha bir il uzatmaq qərarına qoşulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun