Xavi "Barselona"dan qovulur? - Klub rəhbəri AÇIQLADI

19 Dekabr 2023 10:49

"Barselona"nın prezidenti Joan Laporta Kataloniya klubunun baş məşqçisi Xavinin gələcəyi haqda danışıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, klub rəhbəri açıqlamasında baş məşqçidən razı qaldığını deyib:

"Biz Xaviyə tamamilə güvənirik".

Hazırda "Barselona" İspaniya çempionatının turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "Jirona"dan 9 xal geri qalır. Çempionlar Liqasının 1/8 final mərhələsində Kataloniya klubu "Napoli" ilə qarşılaşacaq.

Xavinin "Barselona" ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Son həftələr mətbuatda ispaniyalının komandanın bu mövsümdə əldə etdiyi zəif nəticələrə görə mövqeyini itirə biləcəyi ilə bağlı şayiələr fəal şəkildə müzakirə olunur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun