Çində yenə zəlzələ olub

19 Dekabr 2023 07:27

Çinin Sincan-Uyğur Muxtar vilayətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında xəbər verilib.

Seysmik hadisənin episentri 135 minə yaxın insanın yaşadığı Tumşuk kəndindən 110 km qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Hələlik tələfat və ya dağıntılar barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun