İsrail Suriya ordusunun postunu vurdu

19 Dekabr 2023 06:40

Cavab olaraq Suriya ordusunun postu vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

"Suriyadan İsrailə doğru bir neçə atış qeydə alınıb. Mərmilər açıq ərazilərə düşüb. Buna cavab olaraq artilleriya Suriyadakı atəş məntəqələrinə, tanklar isə Suriya ordusuna məxsus hərbi posta hücum edib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, daha öncə İsrail ordusu Livana da cavab zərbələri endirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun