“Neftçi”nin “Qarabağ”ı təbrik etməməsində Qurbanovdan - REAKSİYA

18 Dekabr 2023 23:34

"Yəqin ki, rəhbərlik səviyyəsində təbrik ediblər. Burda böyük qəbahət görmürəm".

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli məşqçi Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandıqlarına görə digər klubların təbrik etdiyi halda, "Neftçi"nin onları tərbik etməməsi ilə bağlı suala cavab verib: "Düşünmürəm ki, nəsə ciddi bir şeydir. Bu gün də burada rəhbərliyi bizi təbrik etdi. Yəni böyüdüləsi bir şey yoxdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun