Somali prezidenti türkiyəli kuryerin ailəsinə zəng etdi

19 Dekabr 2023 00:37

Somali Prezidenti Həsən Şeyx Mahmud, oğlu Məhəmməd Həsən Mahmudun İstanbulda kuryer Yunus Geçerin ölümünə səbəb olması ilə əlaqədar mərhumun ailəsinə zəng vurub.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisədən sonra Somalinin müdafiə naziri Əbdülqədir Məhəmməd Nur Türkiyəyə gəlib.

Geçer ailəsinin vəkili İyaz Çimenin ofisində baş tutan telefon zəngi zamanı Somali prezidenti Yunusun ailəsinə başsağlığı verib. O bildirib ki, Türkiyənin ədalət sisteminə güvənir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun