Təsdiqləndi: Misirə daha 6 il Sisi rəhbərlik edəcək

18 Dekabr 2023 23:18

Dekabrın 10-12-də keçirilən ümumi seçkilərdə Misirin hazırkı lideri Əbdülfəttah əs-Sisi qalib gəlib və növbəti 6 ildə yenidən ölkə prezidenti olacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Misirin Milli Seçki Komissiyası Qahirədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrini təqdim edib.

Misirdən kənarda və ümumilikdə ölkədə səs verən seçicilərin 89,6%-i əs-Sisiyə səs verib.

Bu barədə Milli Seçki Komissiyasının rəhbəri Hazem Bədavi bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun