Yunanıstan bu göstəriciyə görə birinci oldu

18 Dekabr 2023 20:29

Yunanıstan "The Economist"in 2023-cü il üçün ən yaxşı performans göstərən iqtisadiyyatları siyahısında birinci yeri tutub. Ölkə artıq ikinci dəfədir ki, bu adı alır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin fond bazarının real dəyəri 40% artıb.

"The Economist" ölkələri beş göstərici üzrə sıralayıb: inflyasiya, məşğulluq, ÜDM, iş yerləri və fond bazarı.

İlk beşliyə Cənubi Koreya, ABŞ, İsrail və Lüksemburq da daxil olub. Reytinqi Britaniya, İsveç, Slovakiya, Avstriya, İslandiya və Finlandiya tamamlayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun