Ukrayna SQ baş komandanının otağını təmizləyənlər elə bir şey aşkar etdi ki...

18 Dekabr 2023 13:31

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnının kabinetində dinləmə cihazı aşkar edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ukrayna mətbuatı bu barədə hərbi dairələrdəki mənbəyə istinadən məlumat verib.

Qeyd olunur ki, dinləmə cihazı generalın otağı növbəti iş gününə hazırlanarkən aşkar edilib.

Mütəxəssislər bildiriblər ki, aşkarlanan məlumat oxuyan qurğular quraşdırıcını müəyyən etməyə imkan verməyən naməlum tipli elementlərdən hazırlanıb.

Hələlik Ukrayna tərəfi məsələni şərh etməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun