NASA-dan yeni kəşf: Yeraltı okeanlar...

18 Dekabr 2023 19:43

NASA kəşf edilmiş 17 ekzoplanetin qalın buz təbəqələrinin altında yeraltı okeanların ola biləcəyini müəyyən edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Astrofizikal Jurnal" məlumat yayıb.

"Bu, həyatın kimyəvi əlamətlərini axtarmaq üçün perspektivli yerlər ola bilər. Onların dəqiq tərkibi qeyri-müəyyən qalsa da, əvvəlki tədqiqatlardan səth temperaturları barədə təxminlər ekzoplanetlərin Yerdən əhəmiyyətli dərəcədə soyuq olduğunu göstərir", - məlumatda deyilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun