Polisi aldatmaqla pul qazanmaq istəyi baş tutmadı

20 May 2010 11:07
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs 47 yaşlı İmişli sakini Seyran Şükürovdur.

Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, o, polisə müraciət edərək bildirib ki, 2008-ci ilin sentyabrında Təbriz küçəsində Masallı sakini Elşən Gülalıyev torpaq sahəsini özəlləşdirmək adı ilə ondan 20 min dollar alıb. Amma sonradan verdiyi sözə əməl etməyərək aldığı pulu mənimsəyib.

Faktla bağlı başlanmış təhqiqat araşdırmalarından sonra S.Şükürovun özünün dələduzluq etdiyi məlum olub. Əməllərinin üstünün açıldığını görən S.Şükürov bundan sonra istintaqdan yayınıb və onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş axtarış tədbirləri nəticəsində S.Şükürov Nərimanov RPİ 18-ci polis bölməsi əməkdaşları tərəfindən həbs edilib.

Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Anar Məmmədov
Milli.Az