Moldova müxalifəti Kremlə çağırış etdi

18 Dekabr 2023 08:51

Rusiya və digər MDB ölkələri ilə münasibətlərin kəsilməsi ölkə sakinlərinin istəyi deyil, rejimin seçimidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Moldovanın müxalif "İntibah" partiyasının rəhbəri Nataliya Paraska deyib.

Paraska Moldova müxalifətinin Avrasiya İqtisadi İttifaqı və BRİKS ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Siyasətçi bildirib ki, ölkə sakinlərinin əhəmiyyətli hissəsi hakimiyyətin apardığı siyasi kursu dəstəkləmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun