“Beşiktaş”ın baş məşqçisi Konte olacaq?

18 Dekabr 2023 07:30

"Beşiktaş"da uğursuz nəticələr göstərən Rza Çalımbayla fasilədə yolların ayrılması planlaşdırılır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İstanbul klubu son olaraq "Tottenhem"i çalışdırmış Antonio Konte ilə danışıqlar aparıb. 

Məlumata görə, "ağ-qaralar"ın funksionerləri ilə italiyalı arasında maliyyə baxımından razılığa gəlmək mümkün olmayıb.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis daha əvvəl "Yuventus", "Atalanta", "Çelsi", "İnter" kimi klubların sükanı arxasında olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun