14 yaşlı boksçu aldığı zərbələrə tab gətirmədi - Rinqdə FACİƏ

18 Dekabr 2023 00:15

Pervouralskda boks yarışı zamanı 14 yaşlı yeniyetmə ölüb.

Milli.az Publika.az-a istinadən xəbər verir ki, aldığı zərbələrdən sonra idmançı özünü pis hiss edib, bundan sonra döyüş dayandırılıb. Uşağa ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

"Ural Mash" teleqram kanalının məlumatına görə, yeniyetmə rinqin küncünə gedib və orada yıxılıb. Mərhum Sverdlovsk vilayətinin ötənilki çempionatının qalibi, Uşaq və Gənclər İnkişaf Mərkəzinin (CDYD) yetirməsidir.

İlkin məlumatlara görə, idmançı yarışa buraxılmaq üçün lazım olan bütün sənədləri və tibbi arayışları təqdim edib.

Milli.Az