Estoniyanın Baş naziri Kaya Kallas koronavirusa yoluxub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə K. Kallas feysbuk hesabında paylaşım edib.
Baş nazirin sözlərinə görə, bu gün səhər onun COVID-19 testinin nəticəsi müsbət çıxıb:
"Buna görə təəssüf ki, Polşanın yeni Baş naziri Donald Tuskun Estoniyada baş tutmalı olan ilk xarici səfəri təxirə saldıq. Həmçinin, sabah Tallində Baltikyanı ölkələrin Baş nazirlərinin görüşü də təxirə salındı".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun