Ermənistanın Tavuş vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, İcevan-Göyçə-İrəvan avtomobil yolunda "Qazel" markalı mikroavtobusla VAZ 2106 markalı minik avtomobili toqquşub.
Məlumata görə, qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə İcevandakı xəstəxanaya yerləşdiriliblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun