Zavodda dəhşətli partlayış - 9 nəfər öldü

17 Dekabr 2023 19:49

Hindistanın Maharaştra ştatının Naqpur rayonunda partlayıcı maddələr istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, partlayış səhər saat 9-da Bazarqaon rayonunda "Solar Industries"in gücləndirici blokunda baş verib. Hadisənin səbəbləri barədə məlumat verilmir.

Hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun