Dəhşətli qəza: Çox sayda yaralı var - FOTO

17 Dekabr 2023 11:55

Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, yol qəzasında 5-i ağır olmaqla 17 nəfər yaralanıb. Məlumata görə, fabrik işçilərini daşıyan mikroavtobus zibil maşınına çırpılıb.

Hadisə yerinə tibb, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Mikroavtobusunda sıxışan bəzi yaralılar xilasetmə qrupları tərəfindən çıxarılıb. 17 yaralı təcili yardımla ətrafdakı xəstəxanalara göndərilib. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun