Misirdə 3 günlük matəm elan edildi

17 Dekabr 2023 12:16

86 yaşında vəfat edən Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatından sonra Misir hakimiyyəti ölkədə üç günlük matəm elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə respublika rəhbərliyinin rəsmi nümayəndəsi Əhməd Fəhminin feysbuk səhifəsində yerləşdirilmiş fərmanında deyilir.

"Misir xalqı liderinin, ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsi və Küveyt xalqına çoxlu səy və səxavət göstərən böyük və müdrik insanın vəfatından kədərlənir", - bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun