Zaxarova: Bu, onların özünə daha çox zərər verəcək

17 Dekabr 2023 10:37

Avropa İttifaqının yeni anti-Rusiya sanksiyalar paketi, bütün əvvəlkilər kimi, Aİ-nin özünə daha çox zərər verəcək,

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Aİ-nin daxili inkişaf üçün lazım olan resurslar Birləşmiş Ştatların maraqlarına, o cümlədən hərbi sənaye kompleksinə xidmət etməyə yönəlib. ABŞ-nin yanlış geosiyasi hesablamalarının təzyiqi altında Avropa İttifaqı siyasi və iqtisadi çəkisini itirməkdə davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun