Britaniyanın fəxri konsulu qaçırıldı

17 Dekabr 2023 09:53

Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq qaçırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "El Universo" qəzeti məlumat yayıb

Oğurluq şənbə günü səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.

Öz növbəsində Ekvador polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib ki, "bu səhər tezdən Los Riosda iş adamına qarşı baş vermiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir".

Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun