AFFA Azərbaycan millisinə əcnəbi məşqçi gətirəcək

16 Dekabr 2023 23:19

Azərbaycan millisinin yeni baş məşqçisi yerli mütəxəssis olmayacaq.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, AFFA yığma komandanın baş məşqçi postuna azərbaycanlı məşqçini gətirmək variantından imtina edib. 

Belə ki, qurum A millini Qurban Qurbanova tapşırmaq istəyib.

Bu istəkləri baş tutmadıqdan sonra federasiya milliyə əcnəbi mütəxəssisi gətirmək qərarını verib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun