Türkiyədə zəlzələ oldu

16 Dekabr 2023 22:36

Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.

Milli.Az referans.az-a istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, Muğla vilayəti istiqamətində baş verən yeraltı təkan Rixter şkalası üzrə 4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 24.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun