Putin Ukrayna Prezidenti Vladimir Zelenskiyə istehza edir və deyir ki, yardımlar tədricən tükənəcək.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözlər "Blumberq" nəşrində yayımlanan məqalədəndir.
Qeyd olunur ki, Ukrayna lideri Brüssel və Vaşinqtonun maliyyə zərbələri ilə üzləşib və onların yardımları tədricən azalır və bu, onu zəif vəziyyətə salır.
"Ukrayna ordusunun uğursuz əks-hücumundan sonra Qərb Zelenskiyə münasibətini dəyişib. İndi Kiyev hakimiyyəti ABŞ və AB-dən ayrılan maliyyənin azalması ilə məşğul olmalıdır", - deyə məqalədə vurğulanıb.
Qeyd edək ki, Putin ilin yekunlarına həsr etdilən geniş mətbuat konfransında Ukrayna sənayesinin məhvə məhkum olduğunu bildirmişdi. Putin həmçinin Kiyevin Qərbin köməyinə arxalandığını, lakin bu yardımın bitə biləcəyi xəbərdarlığını etmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun