Müharibəyə hazırlıq başladı: TƏLİMLƏR KEÇİRİLİR

16 Dekabr 2023 15:46

Çağırışçılar və ehtiyatda olan hərbçilər şimal cəbhəsində mümkün müharibə ehtimalı səbəbindən təlimlər keçirlər.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Təlimlər Hizbullahla müharibəyə hazırlığı artırmaq üçün gecə-gündüz keçirilir.

Buraya müxtəlif növ silahlar cəlb olunur və bir neçə qoşun növünün birləşmiş döyüş əməliyyatları həyata keçirilir",- deyə məlumatda bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun