Blinken Almaniyanın XİN rəhbəri ilə Qəzzadakı durumu müzakirə etdi

16 Dekabr 2023 11:00

ABŞ dövlət katibi Antoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin açıqlamasında bildirilib.

"Tərəflər Qəzza zolağında humanitar məsələlərin təcili həllinin zəruriliyini, mülki əhalinin müdafiəsini və münaqişənin daha da genişlənməsinin qarşısının alınması səylərini müzakirə ediblər", - deyə qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun