“Əl-Cəzirə”nin əməkdaşı Qəzzada öldürüldü

16 Dekabr 2023 08:17

Qəzzada "Əl-Cəzirə"nin operatoru Samir Əbu Dakka dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Əbu Dakkanın yaralandıqdan sonra sığındığı və hücumların davam etdiyi Ferhanə məktəbinin ərazisinə təcili yardım maşınlarının girməsinə icazə verilmədiyi və nəticədə operatorun qanaxmadan vəfat etdiyi qeyd edilib.

Milli.Az