ÇL-də həftənin ən yaxşısı kim oldu?

15 Dekabr 2023 23:34

Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu, "Portu"dan Qaleno olub. O, "Real"dan Xoselu, "Atletiko"dan Samuel Lino və "Benfika"dan Anhel di Mariyanı qabaqlayıb.

Qeyd edək ki, Qaleno 6-cı turda "Şaxtyor"la oyunda 2 qol və 2 qol ötürməsinin müəllifi olub.

Milli.Az