“Əl-Cəzirə” telekanalının jurnalisti Qəzzada öldü

15 Dekabr 2023 19:17

"Əl-Cəzirə" telekanalının Qəzza bürosunun jurnalisti Vael Əl-Dahduh Xan Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Media işçisi döyüşlər zamanı həlak olub.

Bildirilib ki, o, HƏMAS-la İsrail arasında davam edən müharibəni işıqlandıran jurnalistlərdən idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun