Yığmamızın Andorra ilə oyununu kimlər idarə edəcəklər?

25 May 2012 12:20
Məlum olduğu kimi, mayın 30-da futbol üzrə Azərbaycan və Andorra milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq sözügedən oyunu idarə edəcək hakimlər də müəyyənləşib.
 
Belə ki, qarşılaşmada ədaləti almaniyalı hakimlər qorumağa çalışacaqlar. Baş hakim Mixael Veynerdir. Ona həmyerliləri Holger Hensxel, Kristoph Bornhorst kömək edəcəklər. Dördüncü hakim isə Lüksemburqdan olan Loren Koprivadır.
 
Qeyd edək ki, Azərbaycan və Andorra milliləri arasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın Frankfurt şəhərindəki "Viktoria Kelsterbach" stadionunda baş tutacaq.

Milli.Az