Futbolçu oyunda olarkən evi soyuldu - FOTO

15 Dekabr 2023 21:32

Ötən gecə Koferans Liqasında oynanılan "Lill" - "Klaksvik" matçında olarkən Yusuf Yazıcının evinə oğru girib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, milli futbolçunun evindən dəbdəbəli saatlar, paltarlar və dəri məmulatları oğurlanıb.

Matçdan sonra evə qayıdan və vəziyyəti görən Yusuf dərhal polisə müraciət edib.

Bundan əvvəl 2020-ci ilin əvvəlində dizindən əməliyyat olunmaq üçün İtaliyaya gedən milli futbolçunun evinə oğrular girərək avtomobilini və qiymətli əşyalarını oğurlamışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun