“Real” Mbappeyə vaxt verdi

15 Dekabr 2023 16:47

İspaniyanın "Real" klubu Fransa təmsilçisi PSJ-nin futbolçusu Kilian Mbappeyə yekun qərarını açıqlaması üçün 2024-cü il yanvarın 15-dək vaxt verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Madrid komandasının rəhbərliyi yeni ilin əvvəlində hücumçuya müqavilə təklifi göndərəcək.

"Kral klubu" 25 yaşlı forvarda illik 35 milyon avro maaş təklifi edəcək. Mbappe bunu qəbul edərsə, komandanın ən yüksək ödənişli oyunçusuna çevriləcək. Hücumçu qərarını ən geci yanvarın 15-də qarşı tərəfə bildirməlidir. Əks təqdirdə, ispanlar onun transferindən imtina edəcəklər.

Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən Kilian Mbappenin müqavilə müddəti cari mövsümün sonuna qədərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun