"Qarabağ" UEFA reytinqində irəlilədi: "Qalatasaray"a çatdı

15 Dekabr 2023 15:29

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda ötən gün "Hekken"ə qalib gələn (2:1) "Qarabağ" UEFA reytinqdə 2 pillə irəliləyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 61-ci yerdən 59-cu pilləyə yüksəlib. Ağdam klubu "Fiorentina" ilə birlikdə bu yeri bölüşür.

"Qarabağ"ın hazırda 31.000 xal var ki, bunun da 9.000-ni bu mövsüm əldə edilib. "Qalatasaray"dan 1 pillə geridə olan Azərbaycan təmsilçisi "Lester", "Monako" "Aston Villa", "Nyukasl", "Volfsburq", "Borussiya" (Münhenqladbax), "Valensiya" kimi klubları qabaqlayır.

Qeyd edək ki, UEFA reytinqinə 141 000 xalla "Mançester Siti" başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun