Paşinyan Overçukla görüşdü

15 Dekabr 2023 14:38

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri müzakirə edilib.

Bununla yanaşı, tərəflər Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

N. Paşinyan suverenlik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regional nəqliyyat kommunikasiyalarının açılmasına hazır olduqlarını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun