İranda polis məntəqəsinə hücum - 12 ölü, 7 yaralı

15 Dekabr 2023 13:27

İranın Sistan və Bəlucistan vilayətində polis məntəqəsinə hücum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Zahedan şəhərinin prokuroru Mehdi Şamsabadi açıqlayıb. 

Hadisə nəticəsində 12 polis əməkdaşı həlak olub, daha 7 nəfər isə yaralanıb. 

İnsidentin Rask bölgəsində gecə yarısı baş verdiyi qeyd olunub. 

"IRNA" agentliyi isə hücumun "Cayş-e-Zalum" qruplaşması tərəfindən törədildiyini yazıb. Qruplaşma üzvlərinin axtarışları davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun