AFFA İşçi Qrupunun tam tərkibi bilindi, ilk iclas keçirildi

15 Dekabr 2023 13:12

Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizəd məşqçilərin müəyyən edilməsi üçün yaradılan AFFA İşçi Qrupunun tam tərkibi müəyyənləşib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (İcraiyyə Komitəsinin üzvü), Sərxan Hacıyev (Baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin edilib.

Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun