Bu rayonlarda məktəblər istifadəyə veriləcək - Nazir

15 Dekabr 2023 11:19

Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.

O qeyd edib ki, azad olunan ərazilərə Böyük Qayıdış çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun