Dubayda görüşdük, İlham Əliyev mənə dedi ki… - Lukaşenko

15 Dekabr 2023 08:57

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağdan olan insanları müzakirə etdik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko deyib.

"Biz İlham Əliyevlə Dubayda Qarabağda olan insanlar haqqında da danışdıq. Əliyev dedi: "Biz heç kimə toxunmayacağıq. Əksinə, biz elə edəcəyik ki, hamı bizim sivil ölkə olduğumuzu başa düşsün".

Mən Azərbaycanda vəziyyəti bilirəm, orada hakimiyyət çox güclüdür, bunu etməyə qadirdir - insanları dəstəkləməyə və yardım etməyə", - Belarus prezidenti vurğulayıb.

Milli.Az