Bu iki ölkə arasında hasar çəkildi

15 Dekabr 2023 07:53

Estoniya sərhəddə tikinti işlərini başa çatdıraraq özünü hasarla rəsmi olaraq Rusiyadan ayırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Lauri Lanemets "Politico"ya açıqlamasında bildirib.

"Məqsədimiz yüksək texnologiyalı müasir sərhəd infrastrukturudur" - nazir bildirib.

Hasarın uzunluğu 40 km-dir. Nazirin qeyd etdiyi kimi, Aİ-nin şərq sərhədi qabaqcıl avadanlıq, təhlükəsizlik sistemləri və müşahidə pilotsuz uçuş aparatları ilə təchiz edilməlidir. Rusiya ilə bütün sərhəd mühafizəsi layihəsi 2025-ci ildə tamamlanmalıdır.

Milli.Az0