44-lər zəfər qazandırır... - Fotosessiya

14 Dekabr 2023 23:57

Xəbər verdiyimiz kimi, ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" tarixində ilk dəfə  Avroliqanın 1/16 final mərhələsinə adlayıb. 

Qurban Qurbanovun komandası buna İsveç "Hekken"ini 2:1 hesabı ilə məğlub etməklə nail olub.

Maraqlıdır ki, Ağdam təmsilçisi oyunda ilk qolu 44-cü saniyədə vurub. Bu, azarkeşlərə zəfərlə bitən Vətən müharibəsinin davam etdiyi günlərin sayını - 44-ü xatırladıb.

Milli.Az qafqazinfo-ya istinadən,  tarixi gecədən lentə alınan fotoları təqdim edirik:

Milli.Az