Məhəmmədinin ailəsi İsveçin kralı ilə görüşdü

14 Dekabr 2023 15:00

Nobel Sülh mükafatının laureatı Nərgiz Məhəmmədinin ailəsi dekabrın 13-də İsveçin kral sarayında olub.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə İsveç kral ailəsinin İnstaqram səhifəsi məlumat yayıb.

Kral Qustav və kraliça Silvia Renate Sommerlat Məhəmmədinin ailə üzvləri ilə foto çəkdirib, onun insan haqları uğrundakı fəaliyyətlərini təqdir ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun