Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının məsul şəxslərindən birini "SİHA" əməliyyatı ilə zərərsizləşdirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, "Mizgin Guyi" kod adlı terrorçu Sebahat Ormanlı yaşıl kateqoriyada axtarışda olub. 2022-ci ildən etibarən PKK/KCK terror təşkilatına qatılan Sebahat Ormanlının Türkiyənin böyük şəhərlərində hücum təlimatı verdiyi qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun