"Fənərbağça" futbolçusuna ağır itki - FOTOlar

14 Dekabr 2023 12:34

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Umut Nayir körpəsini itirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"nın milli hücumçusu Umut Nayir və həyat yoldaşı Enfal Nayir 16 həftəlik körpələrinin dünyasını dəyişdiyini açıqlayıb.

Sosial mediada edilən açıqlamada "Dünən həkim müayinəsinə gedəndə 16 həftəlik körpəmizin ürəyinin dayandığını öyrəndik. Bu gün qızımızla vidalaşdıq. Bizə hörmətlə yanaşacağınıza ümid edirik " deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun