Bu ölkə Rusiya ilə sərhəddə 2 məntəqənin fəaliyyətini bərpa etdi

14 Dekabr 2023 11:29

Finlandiya dekabrın 14-nə keçən gecə Rusiya ilə sərhəddə "Vaalimaa" və "Niirala" nəzarət-buraxılış məntəqələrinin işini 1 aylıq bərpa edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiyanın Nazirlər Kabineti yayıb. 

Ümumilikdə Finlandiya-Rusiya sərhədində 8 nəzarət-buraxılış məntəqəsi var. Bildirilir ki, digər 6 məntəqə 2024-cü il yanvarın 14-nə qədər bağlı qalacaq. 

Xatırladaq ki, Finlandiya rəhbərliyi Rusiya ilə demək olar ki, bütün nəzarət-buraxılış məntəqələrini dekabrın 23-nə qədər bağlamaq barədə qərar vermişdi. Bu müddətin uzadılacağı istisna edilmirdi. Ölkənin bu qərarı qanunsuz miqrant axını ilə əlaqələndirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun