Silahlıların hücumu nəticəsində 25-ə yaxın insan həlak oldu

14 Dekabr 2023 17:36

Malinin mərkəzində hərbi düşərgəyə və kəndə silahlıların hücumu nəticəsində 20-yə yaxın hərbçi və daha 5 mülki şəxs öldürülüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə mərkəzi Sequ regionunda baş verib. Silahlılar Farabuqu kəndinə və yaxınlıqdakı hərbi düşərgəyə basqın ediblər.

Rəsmi məlumata görə, hücum zamanı 30-dan çox insan yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun