Odessa atəşə tutuldu, dağıntılar və yaralananlar var - FOTO

14 Dekabr 2023 11:03

Dekabrın 14-nə keçən gecə Odessa vilayəti yenidən atəşə tutulub. Hücum nəticəsində binalara ziyan dəyib, yanğınlar başlayıb, sakinlər, o cümlədən uşaqlar xəsarət alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Xilasedicilər qeyd ediblər ki, yanğın nəticəsində minik avtomobili və yardımçı tikili yanıb. Yaxınlıqdakı 11 binaya ziyan dəyib.

İlkin məlumata görə, hadisə yerində üçü uşaq olmaqla 11 nəfər xəsarət alıb. Tibb işçilərinin müayinəsindən sonra 3-ü uşaq olmaqla 5 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ərazidə səyyar qazanxana quraşdırılıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Xidmətinin psixoloqları zərərçəkənlər və sakinlərlə işləyir, Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və isti paltarların çatdırılması təşkil olunur.

Dövlət Fövqəladə Hallar Xidmətindən 8 texnika və 30 xilasedici cəlb olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun