Bu ölkə gələn ildən turistlər üçün viza rejimini ləğv edəcək

14 Dekabr 2023 09:54

Keniya Prezidenti Uilyam Ruto ölkəsinin 2024-cü ilin yanvarından dünyanın bütün ölkələrindən gələn turistlər üçün viza rejimini ləğv etmək niyyətində olduğunu bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun sözlərinə görə, bu təşəbbüsü həyata keçirmək üçün Keniyaya gələn bütün səyahətçilərin əvvəlcədən müəyyənləşdirilməsini təmin etmək üçün rəqəmsal platforma hazırlanıb.

Bu o deməkdir ki, bütün turistlər ölkəyə səfər etməzdən əvvəl yalnız elektron səyahət icazəsi almalıdırlar.

Açıqlamada deyilir ki, həmin addım Keniyanın qloballaşma prosesinin bir hissəsidir və bu, ölkənin sosial-iqtisadi inkişafına təkan verəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun