Bu ölkədə “Meymun çiçəyi”ndən ilk ölüm faktı qeydə alındı

14 Dekabr 2023 09:13

Yaponiyada "Meymun çiçəyi" virusundan ilk ölüm faktı qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada mərhumun 30 yaşlarında olduğu, Tokionun şimal-qərbindəki Saitama əyalətində yaşadığı, immunitetinin zəif olduğu və sözügedən hadisənin ölkədə "Meymun çiçəyi" virusundan qaynaqlanan ilk ölüm kimi qeydə alındığı bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun