Argentinada illik inflyasiya 160%-i ötüb

14 Dekabr 2023 08:52

Noyabrda Argentinada qiymət artımı 12,8% təşkil edib, illik ifadədə inflyasiya 160%-i keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Respublikanın Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatda deyilir.

"İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2023-cü ilin noyabr ayında 12,8% artıb, ilin əvvəlindən yığılan artım 148,2% təşkil edib. Ötən ilin müvafiq ayı ilə müqayisədə artım 160,9% təşkil edib", - məlumatda deyilir.

Hesabatı tərtib edənlərin məlumatına görə, səhiyyə xidmətlərinin qiymətləri ən çox (15,9%) noyabrda Argentinada artıb. Siyahıda onları ərzaq məhsulları (+15,7%) və rabitə xidmətləri (+15,2%) izləyir.

Sentyabr və avqust aylarında Argentinada aylıq inflyasiya artıq 12%-i ötüb, oktyabrda isə 8,3%-ə düşüb. Noyabrın 19-da liberter Xavyer Maylinin qalib gəldiyi prezident seçkilərinin ikinci turundan sonra qiymətlər yenidən nəzərəçarpacaq dərəcədə artmağa başlayıb. Seçildikdən sonra o, ölkənin köklü islahatlar və bir neçə aylıq yüksək inflyasiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2022-ci ilin sonunda qiymət artımı 94,8%, 2021-ci ildə 50,9%, 2020-ci ildə 36,1% olub.

Milli.Az